“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında “Şerif”lə (Moldova) keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək Çempionlar yolunun 1-ci mərhələsinin ilk oyununu gürcüstanlı referi Georgi Kruaşvili idarə edəcək.

Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Cavab oyunu Tiraspolda keçiriləcək. Oktyabrın 24-də keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.

UEFA Gənclər Liqası

Qəbələ – Şerif
Baş hakim: Georgi Kruaşvili
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Zaza Pipia (hamısı Gürcüstan)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp