Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb. 

Sözügedən klub səfərdə “Desna” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0. 

Hesabı 4-cü dəqiqədə Vladislav Kulaç açıb. 62-ci dəqiqədə Vyaçeslav Şarpar matçda son nöqtəni qoyub.

Ağdam klubunun rəqibi 10 oyundan sonra 18 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp