Azərbaycanlı FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb. 

Futbolinfo.az xəbər verir ki, Həsənov UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Belarusda yerli "Minsk"lə Macarıstanın "İlles Akademia" komandaları arasında keçiriləcək ilk oyunu idarə edəcək. 

Ona yan xətt hakimləri Namiq Hüseynovla Mübariz Həşimov kömək edəcəklər.

Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çikun hakim-inspektor, gürcüstanlı Nikolos Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.  

Qeyd edək ki, oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşmaya yerli vaxtla saat 15:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp