Futbol üzrə Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Maritimo” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Matçda hesabı 12-ci dəqiqədə penaltidən maksimum yararlanan Bruno Fernandes açıb. 35-ci dəqiqədə isə Fredi Montero matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb.
“Sportinq” 6 oyundan sonra 13 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” “Sportinq”ə qarşı ilk oyununu sentyabrın 20-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 29-da Bakıda baş tutacaq.