Futbol üzrə Qazaxıstan çempionatında 28-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Jetısu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Almeyda da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

"Astana" hazırda 67 xalla 12 iştirakçı arasında vahid liderdi.

Shares: