Futbol üzrə İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü daha 6 qarşılaşma baş tutub. 

“Bolonya” doğma meydanda “Udineze”yə, “Fiorentina” “Atalanta”ya, “Parma” “Empoli”yə qalib gəlib. “Torino” səfərdə “Kyevo”dan, “Cenoa” isə “Frozinone”dən güclü olub. 

“Milan” da “Sassuolo” ilə səfər matçında darmadağına sevinib.

İtaliya A Seriyası
7-ci tur

29 sentyabr

Roma – Latsio 3:1
Qol: Pelleqrini, 45. Kolarov, 71. Fasio, 86 – İmmobile, 67.

Yuventus – Napoli 3:1
Qol: Mancukiç, 26; 49. Bonuççi, 76 – Mertens, 10.

İnter – Kalyari 2:0
Qol: Martines, 12. Politano, 89.

30 sentyabr

Bolonya – Udineze 2:1
Qol: Santander, 42. Orsolini, 82 – Pussetto, 32.

Kyevo – Torino 0:1
Qol: Zaza, 88.

Fiorentina – Atalanta 2:0
Qol: Veretu, 63-pen. Biraqi, 90.

Frozinone – Cenoa 1:2
Qol: Çiano, 41 – Pyatek, 33; 36.

Parma – Empoli 1:0
Qol: Jervinyo, 33.

Sassuolo – Milan 1:4
Qol: Dyuriçiç, 68 – Kessye, 39. Suso, 50; 90. Kastilyexo, 60.

1 oktyabr

22:30 Sampdoriya – SPAL

Shares: