Futbol üzrə İspaniya Sequndasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Real Ovyedo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda 14 xala malik “Alkorkon” 22 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.