Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1. 

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

“Boluspor” hazırda 19 xalla 18 iştirakçı arasında ikinci pillədədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp