Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Afyonspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Maksimum nəticə göstərən “Gənclərbirliyi” 6 turdan sonra 18 xalla 18 kollektiv arasında 1-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp