Topaz Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, 6-cı turun “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddu. Bunadək ən çox tamaşaçı 3-cü turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

6-cı turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp