“Millətlər Liqasına çox ciddi hazırlaşırıq. Dörd oyunumuz var. Əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
 
Təcrübəli mütəxəssis Millətlər Liqasının növbəti turunda Farer adaları ilə səfər oyununda komandada müəyyən dəyişiklilərin ola biləcəyini vurğulayıb: "Heyətdə yeni futbolçular ola bilər. Hər oyuna ciddi yanaşırıq. Mümkün qədər çox xal toplamaq lazımdı".
 
Qeyd edək ki, millimiz oktyabrın 11-də səfərdə Farer adaları, oktyabrın 14-də isə Bakıda Malta ilə qarşılşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp