Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Zirə” qarşılaşması meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadə üçün əlamətdar olub. 

Futbolinfo.az xəbər verir ki, “14 nömrə” Premyer Liqada 150-ci oyununu keçirib.

2011/12 mövsümündən etibarən bu komandanın şərəfini qoruyan Həsənalızadənin yubileyi 7-ci mövsümündə gerçəkləşib. 

Qeyd edək ki, Bəxtiyar meydana çıxdığı 150 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp