Futbol üzrə Rusiya yığmasının qapıçısı İqor Akinfeyev milli karyerasını başa vurduğunu açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb.
Akinfeyev 2004-cü ildən Rusiya yığmasında çıxış edirdi. O, həm də millinin kapitanı idi.
32 yaşlı qolkiper DÇ-2018-də də iştirak edib. O, ölkəsinin əsas komandası ilə 110 matça çıxıb, 95 qol buraxıb.