Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa klubunun rəhbərliyi Kemal Özdeşin istefasından sonra bu posta Mustafa Dənizlini gətirib. 

69 yaşlı mütəxəssislə mövsümün sonunadək razılıq əldə olunub. Bu gün klubun düşərgəsinə dəvət olunan təcrübəli məşqçi bazanı gəzib, komanda ilə tanış olub. 

Türkiyənin üç böyük klubu (“Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”) ilə çempionluq sevinci yaşamış yeganə mütəxəssis olan Dənizli ölkəsində “Rizəspor”, “Əskişəhərspor”, “Kocaelispor”, “Manisaspor”da da çalışıb. O, Almaniyanın “Alemannia”, İranın “Persepolis”, “Pas Tehran” klublarında da çalışıb. Dənizli 2013/14 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ın da baş məşqçisi olub. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp