“Neftçi” Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah”la oyuna hazırlığı davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, “Səbail”lə qarşılaşmadan (4:0) sonra hazırlığa istirahətsiz başlayan komanda bu gün də doğma bazasında məşqə çıxıb. 

Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən (anası rəhmətə gedib) komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər. 

Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” – "Sabah” oyunu oktyabrın 5-də 8-ci km stadionunda baş tutacaq. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp