Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rubin”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 9 turdan sonra 7 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp