Çexiyanın futbol üzrə gənclər liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Dukla” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Nəbiyev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Fərid 85-ci dəqiqədə əvəzlənib. 

“Slaviya”nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp