"Yunanıstanda möhtəşəm atmosfer var idi. Çünki orada azarkeşlər daha çılğın dəstək verirlər. Bu, Azərbaycana da aiddir. "Astana Arena"dakı ilk matçım stadionda yaradılmış atmosferlə əlaqədar sürpriz oldu" – bu sözəri "Qarabağ"ın sabiq futbolçusu, hazırda Qazaxıstanın "Astana" klubunda forma geyinən Pedro Enrike deyib.
 
Braziliyalı futbolçu "Qarabağ"da çıxış etdiyi vaxtları xatırlayıb: "Qarabağ"ın heyətində Çempionlar Liqasında oynadığımız vaxt təkcə komandanın azarkeşləri deyil, bütün ölkə bizi dəstəkləyirdi. Bu, çox əla və qürurverici idi".
 
28 yaşlı futbolçu sabiq komandasının azarkeşləri barədə də xoş sözlər söyləyib: "Renn"də də komandaya çox güclü dəstək verirdilər. Bu fanatlar oyun boyunca "Renn" üçün mahnılar oxuyurdular. Bu, çox inanılmaz məqamdır".
 
Qeyd edək ki, Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, Fransanın "Renn", Yunanıstanın PAOK və İsveçrənin "Sürix" komandalarında da oynayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp