"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda ÇSKA ilə oyunu buraxacaq. İspaniya mətbuatına inansaq, buna səbəb uelsli yarımmüdafiəçinin zədəli olmasıdır.
 
Futbolinfo.az xəbər verir ki, La Liqanın 7-ci turunda "Atletiko" ilə matçda (0:0) zədələnən Beylin Rusiya klubu ilə Moskvadakı bugünkü görüşə kimi hazır olmayacağı müəyyənləşib.
 
Xatırladaq ki, son günlər “Real”da zədəlilərin sayı çoxalıb. İsko və Marselo da bir müddətlik sıradan çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp