"Qarabağ" bu həftə Avropa Liqasının qrup mərhələsində ikinci tur oyununa çıxacaq keçirəcək. Ağdam klubu doğma meydanda "Arsenal"ı qəbul edəcək.
 
Bu, təmsilçimizin avrokuboklardakı 100-cü oyunu kimi tarixə düşəcək. Matç komandanın UEFA Kuboku/Avropa Liqasındakı 62-ci görüşü olacaq. Ağdam klubu daha 30 qarşılaşmanı Çempionlar Liqasında keçiribsə, Kuboklar Kuboku və İntertoto Kubokunun hərəsində 4 oyuna çıxıb. "Qarabağ" Avropada ilk matçını Kuboklar Kubokunun 1996/97 mövsümündə Finlandiyanın "MüPa" klubuna qarşı keçirib (0:1, 1:1).
 
"Qarabağ" indiyədək avrokuboklarda keçirdiyi 99 qarşılaşmanın 35-də qalib gəlib, 27-də heç-heçə edib və 37 dəfə məğlubiyyətlə üzləşib. Komanda bu matçlarda 96 qol vurub, 118 top buraxıb.
Shares: