"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli mükafatlandırılıb. 35 yaşlı futbolçu Albaniya İdman Nazirliyinin fəxri mükafatına layiq görülüb. Ancaq təcrübəli oyunçu bununla bağlı təşkil olunmuş tədbirdə iştirak edə bilməyib.
Aqolli təəssüratlarını şəxsi "Feysbuk" səhifəsində bölüşüb: "Alban idmançıları komandasının fəxri mükafatına layiq görüldüyüm üçün çox şadam. Albaniyanın və xalqımızın dəyərlərini qürurla nümayiş etdirirəm. Mükafatın beynəlxalq arenada ölkəmizin imicini yüksəltmək üçün xeyli iş görmüş milli komandanın sabiq baş məşqçisi cənab Canni De Biasi tərəfindən təqdim olunması isə ikiqat sevindiricidir. Təəssüf ki, oyunlarla bağlı özüm şəxsən mükafatlandırma mərasimində iştirak edə bilmədim".
Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edir.