“Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev zədəsini tam sağaldıb.
Bu barədə futbolinfo.az-a futbolçu özü məlumat verib.
O bildirib ki, Avropa Liqasının 2-ci turunda “Arsenal”a qarşı keçirəcəkləri oyun üçün tam hazırdı: “Qarşılaşmaya tam hazıram. Zədəmi sağaltmışam və heç bir fiziki problemim yoxdu. Həmin matçda meydana çıxa bilərəm”.