Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Çempionlar Liqasının son qalibi “Real” səfərdə ÇSKA (Moskva) ilə üz-üzə gəlib. Madrid klubu bu görüşdə minimal hesabla məğlub olub.
İlk turda məhz "Real"a böyük hesabla məğlub olmuş "Roma" bu dəfə doğma meydanda "Viktoriya"nı darmadağın edib.
İtaliyanın digər təmsilçisi "Yuventus" da "Yanq Boyz"la görüşdə darmadağına imza atıb.
Almaniya nəhəngi “Bavariya” “Ayaks”la münasibətlərinə aydınlıq gətirib və heç-heçəyə razılaşıb.
"Mançester Yunayted" də "Valensiya" ilə ev oyununda xal itkisi ilə üzləşib.
İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə səfərdə "Hoffenhaym"dan üstün olub.
Turun qalan oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
2 oktyabr
E qrupu
AEK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:3
Qol: Klonaridis, 53; 64 – Seferoviç, 6. Qrimaldo, 15. Semedo, 75.
Bavariya (Almaniya) – Ayaks (Hollandiya) 1:1
Qol: Hummels, 4 – Mazraui, 22.
F qrupu
Hoffenhaym (Almaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qol: Belfodil, 1 – Aquero, 8. D.Silva, 87.
Olimpik (Lion, Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 2:2
Qol: Dembele, 72. Dubua, 71 – Moraes, 45; 55.
G qrupu
ÇSKA (Moskva, Rusiya) – Real (İspaniya) 1:0
Qol: Vlasiç, 2.
Roma (İtaliya) – Viktoriya (Plzen, Çexiya) 5:0
Qol: Dzeko, 3; 40; 90. C.Ünder, 64. Kluyvert, 73.
H qrupu
Yuventus (İtaliya) – Yanq Boyz (İsveçrə) 3:0
Qol: Dibala, 5; 33; 69.
Mançester Yunayted (İngiltərə) – Valensiya (İspaniya) 0:0