Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 5-ci turu bağlı aşağıdakı qərar çıxarılıb:
“Sabah-2” – “Keşlə-2” matçında “Keşlə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Qarabağ-2” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunub.
“Zirə-2” – “Neftçi-2” matçının 70-ci dəqiqəsində “Neftçi-2”-nin futbolçusu Əsgər Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Səbail-2” – “Ağsu” matçında “Səbail-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Zaqatala” matçında “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şüvəlan” – MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılıb, klubu 180 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb, klubu 160 manat cərimə olunub.