Premyer Liqanın 6-cı turunda “Zirə”ni məğlub edən “Sumqayıt” bu gündən etibarən “Səbail”lə oyunun hazırlığına start verib. 

Futbolinfo.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri bu gün “Sumqayıt Arena”nın köməkçi meydançasında məşqə çıxıb. Hazırlığın ilk hissəsində yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənən komanda ikinci hissədə iki qrupa bölünüb. Belə ki, “Zirə” ilə qarşılaşmada meydanda olanlar fitness zalında, digər futbolçular isə meydanda toplu hərəkətlər üzərində çalışıb.

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması oktyabrın 5-də “Bayıl Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.

Shares: