İtaliyanın “Latsio” klubu iki futbolçusunun müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, Roma şəhərinin təmsilçisi hücumçu Çiro İmmobile və yarımmüdafiəçi Sergey-Milinkoviç Saviçin müqaviləsinin müddətini artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə hər iki futbolçunun müqaviləsinin 2023-cü ilə qədər artırıldığı bildirilib.
İmmobile cari çempionatda 7 qarşılaşmada iştirak edib və 4 qol vurub. Saviç isə 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə müəllifi olub.
Yay transfer pəncərəsi dövründə “Real” və “Mançester Yunayted” Saviçi transfer etmək istəmiş, lakin “Latsio” futbolçunu buraxmamışdı.