“Neftçi” Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah”la oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün də öz bazasında səhər məşqinə çıxıb.
Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər.
"Neftçi” sabah oyunöncəsi son məşqə çıxacaq.
Xatırladaq ki, oktyabrın 5-də 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Sabah” oyunu saat 20:15-də start götürəcək.