Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Arsenal” (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub. 

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 3-də Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:00-da media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 19:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Arsenal”ın baş məşqçisi Unay Emeri saat 18:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. "Arsenal"ın oyunöncəsi son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Shares: