UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib.
Futbolinfo.az xəbər verir ki, bu yarışda Azərbaycanı təmsil edən “Qəbələ”nin U-19 komandası ilk oyununu bu gün keçirəcək.
1-ci mərhələdən mübarizəyə başlayacaq “qırmızı-qaralar” Moldovanın “Şerif” komandasını sınağa çəkəcək. Emin İmaməliyevin yetirmələri rəqibini Qəbələ şəhər stadionunda qonaq edəcək. Matç saat 18:00-da başlayacaq.
Bu, Azərbaycan təmsilçisinin UEFA Gənclər Liqasında ikinci sınağıdı. “Qəbələ” 2016/17 mövsümündə də Çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt 1-ci mərhələdə Rusiya “Dinamo”su (Moskva) qarşılaşan (0:2, 0:5) komanda bu səddi keçə bilməyib.
Xatırladaq ki, “Qəbələ” və “Şerif” arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda baş tutacaq.
UEFA Gənclər Liqası, Çempionlar yolu
1-ci mərhələnin ilk oyunu
3 oktyabr
18:00. Qəbələ – Şerif
Hakimlər: Georgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan).
Qəbələ şəhər stadionu.