Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma keçirilib.
Türkiyə çempionu “Qalatasaray” səfərdə “Portu” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu görüşdə minimal hesabla məğlub olub.
Günün ən maraqlı görüşlərindən biri İngiltərədə yerli “Tottenhem”lə İspaniya çempionu “Barselona” arasında baş tutub. Altı qolun qeydə alındığı matç Kataloniya klubunun qələbəsiylə başa çatıb.
“Napoli” – “Liverpul” matçına da maraq böyük idi. Bu qarşılaşmada meydan sahibləri son dəqiqə qolu ilə qalib gəliblər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
3 oktyabr
A qrupu
Borussiya (Dortmund, Almaniya) – Monako (Fransa) 3:0
Qol: Larsen, 51. Alkaser, 72. Roys, 90.
Atletiko (İspaniya) – Brügge (Belçika) 3:1
Qol: Qrizmann, 28; 67. Koke, 90 – Qroneveld, 39.
B qrupu
PSV (Hollandiya) – İnter (İtaliya) 1:2
Qol: Rosario, 27 – Naynqqolan, 44. İkardi, 66.
Tottenhem (İngiltərə) – Barselona (İspaniya) 2:4
Qol: Keyn, 52. Lamela, 66 – Koutinyo, 2. Rakitiç, 28. Messi, 56; 90.
C qrupu
PSJ (Fransa) – Srvena Zvezda (Serbiya) 6:1
Qol: Neymar, 20; 22; 81. Kavani, 37. Di Mariya, 42. Mbappe, 70 – Marin, 74.
Napoli (İtaliya) – Liverpul (İngiltərə) 1:0
Qol: İnsinye, 90.
D qrupu
Lokomotiv (Moskva, Rusiya) – Şalke (Almaniya) 0:1
Qol: Makkenni, 88.
Portu (Portuqaliya) – Qalatasaray (Türkiyə) 1:0
Qol: Mareqa, 49.