İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çexin Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, çexiyalı qolkiper 3-4 həftəlik sıradan çıxıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Buna çexiyalı qolkiperin "Uotford"la Premyer Liqa matçında dizindən aldığı zədə səbəb olub. O, yaxın müddətdə bərpa kursu keçəcək. 

Məlumatda bildirilir ki, Çex "Qarabağ" və Portuqaliya "Sportinq"i ilə Avroliqa matçlarında, ölkə çempionatında isə "Fulhem" və "Lester"lə qarşılaşmalarda iştirak etməyəcək.

Çexdən başqa “Arsenal”da müdafiəçilər – Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da zədəlidi.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Çelsi" qarşılaşmasına saat 20:55-də start veriləcək.

Shares: