UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Farer adaları yığmasının heyətində dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, komandanın yarımmüdafiəçi Trondur Yensen heyətdən çıxarılıb.
Federasiyanın rəsmi saytının yaydığı məlumata görə, buna “Torshavn”ın futbolçusunun zədələnməsi səbəb olub. Onun əvəzinə yığmaya “B36 Torshavn”ın yarımmüdafiəçi Eli Falkvard Nilsen cəlb olunub.
Farer adaları yığması oktyabrın 11-də millimizi, 14-də isə Kosovonu qəbul edəcək.