“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində London “Arsenal”ıyla qarşılaşma öncəsi mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadonunun konfrans zalına kapitan Maksim Medvedevlə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı oyun haqda danışıb:

Q.Q: Bəlkə də dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayırıq. Rəqibi əlavə tanıtmağa ehtiyac yoxdu. Matça ciddi hazırlaşırıq. İnanırıq ki, yaxşı oyun olacaq. 

M.M: Maraqlı bir qarşılaşma gözləyirik. Gücümüzü çox güclü rəqiblə oyunda sınamaq istəyirik. Bilirik ki, hamınız bu matçı sərbirsizlklə gözləyirsiz. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini sərgiləyək və baş məşqçimizin tapşırqlarını yerinə yetirək.

– Henrik Mxitaryanın Bakıda gəlməməsi bizüm üçün üstünlük ola bilər?
Q.Q
: Siyasətin futbola qarışmasını istəməzdim. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda, hər bir klub futbolçunu qorumaq istəyir, məsələyə ciddi yanaşır və əlavə problemlərin qarşısını almağa çalışırlar. İdmanda belə hallara rast gəlmişik. Bura gələn idmançılar olub və normal qarşılanıblar. Ancaq təzyiqlər mütləq olub. Elə insanlar ki, münahribədə əzizlərini itiriblər və düşmən kimi baxırlar. Bu zaman emosiyalarını qoruya biimirlər. Kütlənin içində 10-15 nəfər etiraz etsə, bu, hamının etirazına gətirib çıxara bilər. Buna görə də olmaması hamımız üçün daha məsləhətlidi. Mxitaryanın oynamamağına görə yox, başqa məsələlərə görə.

– Donald Gerryenin yoxluğunda müdafiənin sol cinahında kimi oynadacaqsız? Abbas Hüseynovu, yoxsa Ansi Aqollini?
Q.Q
: Təkcə Gerrye yox, bir neçə futbolçumuz zədə üzündən oynamayacaq. Təxmini heyəti bilirik. Ancaq yekun qərar verməyə vaxtımız var.

– Hazırkı "Arsenal" Arsen Vengerin komandasından hansı cəhətləri ilə fərqlənir?
Q.Q
: Hətta futbolçularının açıqlamalarından görünür ki, yeni baş məşqçi daha sürətli oynamağı, daha çox qol vurmağı tələb edir. Ancaq bu klubun kökü var. Nə qədər yeni baş məşqçi gəlsə də, daim topla oynamağı xoşlayırlar. Bilirik ki. Unai Emeri belə turnirlərdə həddən artıq təcrübəlidi. Xüsusilə avrokuboklarda böyük uğur əldə edib. Hiss olunur ki, sürətli futbolçularının sayı çoxalıb. Bu da futbolda önəmlidi. Bəzən bunlara qarşı təkcə topla yox, ümumiyyətlə mübarizədə diqqətli olmalı, sürəttli oyunun qarşısnı almalıyıq. Vengerin oyununun öz gözəlliyi var, Emerinin öz gözəlliyi. Düşünürəm ki, hər iki baş məşqçinin oyunundan azarkeşlər həzz alırlar.

– Bəllidi ki, Azərbaycanla İngiltərə futbolu arasında böyük fərq var? "Qarabağ" “Arsenal"dan xal qopara bilərmi? 
Q.Q
: Belə klubların bura gəlməsi hər mənada təcrübədi və azarkeşlərimizin sayını artırır. Ancaq hər şeyə real baxmaq lazımdı. Böyük klublara qarşı oynamışıq, uğurlu vaxtlarımız da olub. Sabah çalışacağıq ki, azarkeşlərimizi təkcə nəticəylə yox, oyunumuzla, mübarizliyimizlə razı salaq. Qalanı inşallah, pis alınmaz.

– Müasir futbol sürpriz nəticələrlə doludu. Necə ki, ötən gecə ÇSKA Moskvada "Real"ı məğlub etdi. Oyuna motivasiya böyük rol oynayır. Bu planda vəziyyət necədi?
Q.Q
: Düşünürəm ki, bu baxımdan hər şey normaldı. Neçə illərdi təcrübəmiz var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularımız çox rahat oynayaraq, futboldan həzz almaq üçün meydanda özlərini ən yaxşı təəfdən göstərəcklər.

– İngiltərə mətbuatının yazdığına görə, "Arsenal" "Qarabağ"a qarşı ikinci heyətlə çıxacaq. Bu, bizə üstünlük verirmi?
– Onlarda ikinci heyətin olduğunu bilmirəm. İnanmıram "Arsenal"da elə futbolçular var ki, ikinci heyət oyunçuları sayılsınlar. Bilirik ki, "Arsenal"a qarşı oynayırıq. Başqa fikirmiz yoxdu.

– "Qarabağ" ən ağır məğlubiyyəti ingilislərdən alın. Rəqib yenə London təmsilçisidi. Niyə onlarla oynaya bilmirik?
M.M
. İngiltərə futbolu çox yüksək səviyyədədi, hərtərəfli güclüdü. "Atletiko" texnikalı oyuna üstünlük verdiyindən, taktikamızı buna uyğun seçirdik. Ancaq "Arsenal"a qarşı hərtəfəli hazır olmalıyıq. Daim, ilboyu belə komandalarla qarşılaşsaydıq, ola bilər ki, rahat oynayardıq. Ancaq çempionatımızda belə güclü rəqib yoxdu. 

– Dünya futbolunda forma dəyişdirilməsi normal haldı. "Arsenal"dan rəğbət bəslədiyiniz futbolçu varmı və kiminlə formanı dəyişmək istərdin?
M.M
: Belə şeylərdən uzağam. Ona görə ki, utanıram. Ola bilər ki, paltardəyişmə otağında dəyişərəm. Ancaq elə bir həvəsim, forma kolleksiyam yoxdu. Heç vaxt istəməmişəm formaya görə kiminsə dalınca düşüm.
Q.Q: Forma dəyişdirilməsinə normal baxıram. Buna qəbahət kimi baxmıram. Hamımız görmüşük ki, böyük futbolçular formalarını dəyişirlər. Ona görə inanmıram ki, buna görə futbolçunu danlamaq olsun. Ola bilər ki, gənc yaşlarımda, futbolçu vaxtımda fərqli düşünərdim. Ancaq indi buna normal yanaşıram. Fərqi yoxdu hansı futbolçuyla formanı dəyişirsən.

– Uğurlu nəticəyə nəyə əsasən ümid edə bilərik?
M.M
: Hamımız bir yerdə, fikirmiz, istəyimiz bir olsa, yaxşı nəticə qazanarıq. Ağır oyundu, əsas təzyiq olacaq. Ola bilsin ki, bəzi futbolçularımızın karyerasında belə bir oyun yalnız bir dəfə olsun

– Sabah ən azı 60 min azarkeş olacağı gözlənilir. Ancaq bundan 2 dəfə az olan "Tofiq Bəhramov" avrokuboklarda dolmurdu. Bu haqda düşünmüsüz? Səbəb nəyi görürsüz?
Q:Q
: Təbiətdə pis hava olmur. Futbol elə bir oyundu ki, havayla azarkeşlə yığmaq düzgün çıxmaz. İstənillən hava şəraitində stadion dolu olub. Buna normal baxıram ki, böyük klublara qarşı maraq tam başqa cür olur. Özümüz də böyük klublara azarkeşlik edirik. Bizim üçün stadionun dolması vacibdi. Ancaq təkcə ordakıları yox, bütün hamını düşünmüşük. Çünki azarkeşlərimiz hədsiz çoxdu. O qədər azarkeş tanıyıram ki, stadiona gəlmirlər, ancaq ən sadiq azarkeşlərimizdən biridi. Əlillərimiz var ki, bizi nə qədər istəyirlər və dəstəkləyirlər. Əlbəttə, stadonda azarkeş nə qədər çox olsa, hamımzı daha məsuluyyətli olarıq. Ona görə həmişə azarkeşlərimizi stadiona dəvət etmişəm.

– "Çelsi"ylə bu il oynasaydınız, nəticə necə olardı?
Q.Q
: Premyer Liqa klublarını bir-birindən ayırmaq istəmirəm. Ən güclü baş məşqçilər bu çempionatda fəaliyyət göstərir. Bu il "Çelsi"də digər baş məşqçidi. Onun oyun fəlsəfəsi başqa olduğundan, fərqli oynayardıq. Ancaq İngiltərə lidelərinin hamısı bərabər gücə malikdilər. 6-7 komanda daim liderlik uğrunda mübarizə aparırlar. Üzdə olan 10-15 baş məşqçi və hamısının da öz fəlsəfəsi var. Ordakı Premyer Liqa klublarının gücü eynidi, sadəcə, futbol fəlsəfəsi fərqli ola bilər. Nəticəni deyə bilmərəm. (Sport24)

Shares: