Azərbaycan U-21 milli komandasının üzvü Renat Dadaşov “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın şəklini bəyənib.
Futbolinfo.az xəbər verir ki, bu haqda jurnalist Xəyal Azəroğlu “Facebook” səhifəsində məlumat yayıb.
“Almaniyada yaşayan erməni reper Levo şəxsi “İnstagram” hesabında Nikol Paşinyanın fotosunu paylaşıb. Fotonu bəyənənlər arasında futbol üzrə milli komandamızın üzvü Renat Dadaşov da var. Sizcə, futbolçumuz Paşinyanın fotosunu bilərəkdən bəyənib, yoxsa bilməyərəkdən?” – deyə X.Azəroğlu sual edib.