“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın 1-ci mərhələdəki rəqibi Moldova "Şerif”i olub. 

Azərbaycan təmsilçisi ilk oyunda heç-heçəyə razılaşıb.

Bu komandalar arasındakı cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.

"Qəbələ” 2016/2017 mövsümündə də Çempionlar Yolunda mübarizə aparıb. Həmin vaxt 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandası ilə qarşılaşan "qırmızı-qaralar bu səddi keçə bilməmişdi – 0:2, 0:5.

UEFA Gənclər Liqası
1-ci mərhələ, ilk oyun

3 oktyabr

Qəbələ – Şerif 1:1
Qollar
: Ə.Sadıxov, 57-pen. – D.İqnatov, 31.
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ. Şəhər stadionu

Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Oruclu, 14. Xəyal Muradov, 17. Rauf Məhərrəmov, 18. Cavidan Rəhimli.
Baş məşqçi: Emin İmaməliyev.
Şerif: 1. Vladislav Liharev, 8. Yevgeni Qliqa, 9. Andrey Konohov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandr Osipov, 26. Vsevolod Nihayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijinari, 99. Yevgeni Berko.
Ehtiyat oyunçular: 12. Mihail Çioban, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov, 45. İliya Mokon.
Baş məşqçi: Luka Pavloviç.

Shares: