UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və qoluna namizədlər açıqlanıb.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, 2-ci turun ən yaxşı futbolçusu adına Paulo Dibala (“Yuventus”), Neymar (PSJ), Edin Dzeko (“Roma”) və Lionel Messi (“Barselona”) namizəddi.
“Yuventus”un forvardı Dibalanın “Yanq Boyz”a (3:0), PSJ-nin hücumçusu Neymarın “Srvena Zvezda”ya (6:1), “Brügge”nin oyunçusu Arno Qroneveldin “Atletiko”ya (1:3) və “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Tottenhem”ə (4:2) vurduğu qol isə turun ən yaxşı qoluna namizəd göstərilir.
Qaliblər UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.