Futbol üzrə Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 13 cütün taleyinə aydınlıq gəlib. 

Super Liqa təmsilçilərindən "Trabzonspor" səfərdə aşağı liqa təmsilçisi "Buqsasspor"u iki cavabsız qolla üstələyib. "Sivasspor" isə əksinə – "Bodrumspor"la qarşılaşmada məğlub olaraq gözlənilmədən mübarizəni erkən dayandırıb. "Konyaspor" da eyni aqibəti yaşayıb. Bu kollektiv isə digər aşağı liqa klubu "Kahramanmaraşspor"a böyük hesabla uduzub.

"Alanyaspor" "Altındağ Bələdiyyəspor"la görüşdə darmadağınla qalib gələrək sürprizə imkan verməyib. "Ankaragücü" "Erbaaspor", "Yeni Malatyaspor" isə "Kırklarelispor" səddini çətinliklə adlayıb. "Kayserispor" isə "Pazarspor"u darmadağın etməklə növbəti mərhələyə çıxıb.

Türkiyə Kuboku
4-cü təsnifat mərhələsi

30 oktyabr

Batman Petrolspor – Kasımpaşa matçı yarıda qalıb
Sivas Bələdiyəspor – Dənizlispor 3:2
Kastamonuspor – Altay 2:3
Fatih Karagümrük –
Afyonspor 4:0
Ərzurum BB – Keçiörengücü 2:2 (penaltilər – 4:5)
Antalyaspor –
Yomraspor 1:1 (penaltilər – 3:0)
Bursaspor – 1461 Trabzon 1:2

31 oktyabr

Bodrumspor – Sivasspor 2:1
Buqsasspor – Trabzonspor 0:2
Altındağ Bələdiyəspor – Alanyaspor 1:3
Hatayspor –
Fethiyespor 3:1
Bandırmaspor – Vanspor 0:0 (penaltilər – 2:4)
Darica Gənclərbirliyi –
Karabükspor 6:1
Nazilli Bələdiyəspor –
Osmanlıspor 3:2
Yıldızspor – Boluspor 2:5
Ümraniyəspor –
Refahiyespor 5:1
Ankaragücü –
Erbaaspor 1:0
Kayserispor –
Pazarspor 6:1
Yeni Malatyaspor –
Kırklarelispor 1:0
Kahramanmaraşspor –
Konyaspor 3:0

1 noyabr

14:00 Sarıyer – Rizəspor
14:00 Gümüşhanəspor – Girəsunspor
14:30 Etimesqut Bələdiyəspor – İstanbulspor
16:00 Adana Dəmirspor – Dersim 62 Spor
18:00 Menemen Bələdiyəspor – Zonquldakspor
20:00 Balıkəsirspor – Pendikspor
20:00 Göztəpə – Çengelkoy
21:30 Gənclərbirliyi – Diyarbəkirspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp