Futbol üzrə İtaliya çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Milan” doğma meydanda “Cenoa” ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb.

İtaliya A Seriyası
1-ci turdan təxirə salınan oyun

31 oktyabr

Milan – Ceona 2:1
Qol: Suso, 4. Romanyoli, 90+1 – Romanyoli, 56.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp