Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Arsenal” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Blekpul” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda 2:1 hesablı qələbə qazanmaqla 1/4 finala vəsiqə qazanıb.
“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.