Futbol üzrə Portuqaliya Kubokunun qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sportinq” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv Azərbaycanın U-21 yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril”lə üz-üzə gəlib. Lissabon klubu erkən qolla önə keçməsinə baxmayaraq, matçın sonlarında buraxdığı qollarla meydanı məğlub tərk edib.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

İki turdan sonra həm “Sportinq”, həm də “Eştoril” 3 xalla yer aldıqları D qrupunda 2-3-cü yerləri bölüşürlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp