Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Vinçentso Yakinta həbs olunub. 

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb. 

Yakintanın atası da cinayətkar dəstə ilə əlaqələrinə görə 19 il müddətinə həbs edilib. 

Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp