Bu gün “FutbolPress.Az” saytının fəaliyyətə başlamasından 9 il ötür.

Futbolinfo.az xəbər verir ki, sayt 2008-ci ilin noyabrında açılan və 1 ilə yaxın fəaliyyətdə olan "Futbol-Press" qəzetinin davamçısıdır.

Sayt bu illərdə oxucu qarşısında daşıdığı missiyaya sadiq qalıb. Müstəqil jurnalistika mühiti, azad informasiya və peşəkar təhlil prinsipləriylə böyümək, daha da inkişaf etmək əsas məqsəd olub.

9 il gedilən yol zəngin baza formalaşdırıb. Bundan sonra daha da böyüməkçün kifayət qədər əsaslar var.

Futbolinfo.az saytının kollektivi “FutbolPress” əməkdaşlarını 9 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp