Futbol üzrə Portuqaliya Sequndasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Pasuş de Ferreyra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dadaşov da bu oyunun iştrakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Eştoril” 9 turdan sonra 17 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Shares: