UEFA Millətlər Liqası turniri çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə qonaq komandanın baş məşqçisi Lars Olsen jurnalistlərin qarşısına çıxacaq:

16 noyabr

Farer adaları milli komandası
Saat 16:30. Mətbuat konfransı
Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Shares: