Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.

Lider MOİK “Neftçi”nin əvəzedici komandası ilə qarşılaşıb. “Hərbçilər” ev oyunundan məğlubiyyətlə ayrılıblar. Bu, sözügedən komandanın cari mövsümdəki ilk məğlubiyyəti olub.

“Qarabağ”ın əvəzediciləri “Zaqatala” ilə oyundan heç-heçə ilə ayrılıblar.

“Keşlə-2” səfərdə “Zirə”nin əvəzedicilərini darmadağın edib.

“Səbail”in əvəzdiciləri də “Sabah-2” ilə ev oyununda məğlubiyyətlə üzləşib.

Birinci Divizion
11-ci tur

23 noyabr

“Zirə-2” – “Keşlə-2” 1:4
Qol: Taleh Rzayev, 86 – Şirməhəmməd Məmmədov, 49. Emin Quliyev, 67. Qabil Sairoğlu, 74-öz qapısına. Ruslan Nəsirli, 90+3.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Pərvin Talıbov, Rəşad Əhmədov
Bakı. “AZAL Arena”.

“Səbail-2” – “Sabah-2” 0:2
Qol: Zahid Mərdanov, 19; Tolqar Yaqubov, 54.
Hakimlər: Kərim Kərimov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Samir Hüseynov.
Bakı. “Bayıl Arena”.

“Qarabağ-2” – “Zaqatala” 1:1
Qol: Musa Qurbanlı, 26 – Roini İsmayılov, 42.
Hakimlər: Rauf Allahverdiyev, Murad Kərimov, Ruslan Nəsibov, Xəlil Xəlilov
Bakı. “Azərsun Arena”.

MOİK – “Neftçi-2” 1:2
Qol: Raul Yaqubzadə, 87 – Elnur Süleymanov, 77-pen. Xəyal Tomarov, 90+3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu.

Turun digər oyunları:

“Şüvəlan” – “Turan Tovuz” 3:1
“Sumqayıt-2” – “Kəpəz” 1:0
“Ağsu” – “Qaradağ Lökbatan” 0:4

Shares: