Bu gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ” “ASK Arena”da “Keşlə”nin qonağı olub. 

Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Əyalət klubunun çalışdırıcısı bunları deyib:

– Oyuna çox ciddi hazırlamışdıq. Çalışdıq ki, çatışmazlıqlar üzərində işləyək. Rəqib Tərlan Əhmədovun gəlişindən sonra daha yaxşı oyun göstərir. Məni sevindirən odu ki, hər futbolçu üzərinə düşən işi yaxşı yerinə yetirdi. Futbolçularımızı təbrik edirəm. Onlara böyük təbrik düşür.

– İkinci hissədə qol şanslarınız olsa da, dəyərləndirə bilmədiniz. Bu nəylə bağlı idi?
– Bu gün tam fərqli hesabla da qalib gələ bilərdik. Şansları dəyərləndirə bilməməyi tələskənliklə əlaqələndirərdim. Oyun gərgin keçdi.

– Ceyms sarı vərəqə alaraq cəzalı duruma düşdü. Onun yerinə hansı futbolçunu oynadacaqsız?
– O, bizim əsas oyunçularımızdandı. Növbəti oyuna qədər olan məşqlərdə diqqət edəcəyik, kim daha hazırlıqlıdısa, onu da meydana buraxacağıq. (komanda.az)

Shares: