Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Bavariya” bu turda “Fortuna”nı qəbul edib. Altı qolun qeydə alındığı matçda Münhen təmsilçisi xal itkisi ilə üzləşib. 

Dortmund “Borussiya”sı isə “Maynts”ı sınağa çəkib və səfərdən 3 xalla qayıdıb.

Almaniya Bundesliqası
12-ci tur

23 noyabr

Bayer – Ştutqart 2:0
Qol: Volland, 76; 83.

24 noyabr

Auqsburq – Ayntraxt 1:3
Qol: Kordova, 90 – De Quzman, 1. Haller, 47. Rebiç, 68.

Bavariya – Fortuna 3:3
Qol: Sule, 17. Müller, 20; 58 – Lukebakio, 44; 77; 90.

Herta – Hoffenhaym 3:3
Qol: İbişeviç, 12. Leki, 71. Lazaro, 87 – K.Demirbay, 1. Kramariç, 10. Biçakçiç, 55.

Maynts – Borussiya (Dortmund) 1:2
Qol: Kayson, 70 – Alkaser, 66. Pişçek, 76.

Volfsburq – Leyptsiq 1:0
Qol: Roussillon, 50.

Şalke – Nürnberq 5:2
Qol: Skribski, 26; 84. Arit, 32. Burqştaller, 70. Oçipka, 90 – Palasios, 38. Zrelak, 79.

25 noyabr

18:30 Frayburq – Verder
21:00 Borussiya (Münhenqladbax) – Hannover

Shares: