Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Cari mövsümdə yalnız bir qələbəsi olan “Monako” bu tur səfərdə “Kan”la qarşılaşıb. "Knyazlıq təmsilçisi" yeni baş məşqçisi Tyerri Anrinin gəlişindən sonra ilk dəfə qələbəyə sevinib.

PSJ isə öz meydanında “Tuluza”nı sınağa çəkib. Ardıcıl 14-cü qələbəsini qazanan Paris təmsilçisi 3 xalı 1 qolla əldə edib.

Fransa Liqa 1
14-cü tur

23 noyabr

Olimpik (Lion) – Sent-Etyen 1:0
Qol: Denayer, 62.

24 noyabr

PSJ – Tuluza 1:0
Qol: Kavani, 9.

Kan – Monako 0:1
Qol: Falkao, 55.

Dijon – Bordo 0:0

Nant- Anje 1:1
Qol: Varis, 89 – Bahoken, 5.

Reyms – Genqam 2:1
Qol: Şavalerin, 2. Dia, 68 – Turam, 81-pen.

Strasburq – Nim 0:1
Qol: Liboi, 71.

25 noyabr

18:00 Monpelye – Renn
20:00 Nitsa – Lill
00:00 Amyen – Olimpik (Marsel)

Shares: