Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

Turun açılış oyununda "Roma" səfərdə "Udineze" ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib. 

“Yuventus” bu tur SPAL-ı, “İnter” “Frozinone”ni sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

İtaliya A Seriyası
13-cü tur

24 noyabr

Udineze – Roma 1:0
Qol: De Paul, 54.

Yuventus – SPAL 2:0
Qol: Ronaldo, 29. Mandzukiç, 60.

İnter – Frozinone 3:0
Qol: Balde, 10; 82. L.Martines, 57.

25 noyabr

15:30 Parma – Sassuolo
18:00 Bolonya – Fiorentina
18:00 Empoli – Atalanta
18:00 Napoli – Kyevo
21:00 Latsio – Milan
23:30 Cenoa – Sampdoriya

26 noyabr

23:30 Kalyari – Torino

Shares: