Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ramil də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Krılya Sovetov” 15 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp